Fabio Kannavaro “Real”ı cəzalandırdı
01.08.2009 - 10:46
Fabio Kannavaro “Real”ı cəzalandırdı
Dünya çempionu Fabio Kannavaro keçmiş komandası Madrid “Real”ını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi “Yuventus”a qayıdan sonra ilk qolunu məhz “Kral klubu”na vurub. Bu, İspaniyada keçirilən “Peace Cup” turnirinin yarımfinal oyununda baş verib. Kannavaro 3-cü dəqiqədə hesabı aşdığı görüşdə “Real” tarazlığı fasiləyə az qalmış (40-cı dəqiqə) bərpa edib. Yeni transfer olan portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldo ardıcıl ikinci oyunda qol vurub. Ancaq 49-cu dəqiqədə Hasan Salihamiciçin vurduğu qol “Yuventus”a 2:1 hesablı qələbə və finala vəsiqə qazandırıb. Turinlilər sabah keçiriləcək həlledici oyunda İngiltərənin “Aston Villa” klubu ilə görüşəcək.

Qeyd edək ki, Kannavaro üç il öncə “Real”a məhz “Yuventus”dan keçib. Təcrübəli müdafiəçi həmin il kapitanı olduğu milli komandasının heyətində dünya çempionluğunu qazanmaqla yanaşı, dünya və Avropanın ən yaxşı futbolçusu seçilib.
0