Diniyevlər “Moskva”nı üstələdi
01.08.2009 - 12:12
Diniyevlər “Moskva”nı üstələdi
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyada növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Qroznının “Terek” klubunun əvəzedicilərdən ibarət komandasını çalışdıran, son oyunlarda qələbələri sıralayan 43 yaşlı mütəxəssis bu dəfə 16-cı turda evdə “Moskva”nı məğlub edib – 3:2. Bunda Diniyevin 16 yaşlı oğlu Kərim də pay sahibi olub. O, 62-ci dəqiqədə meydana daxil olub. Bu qələbədən sonra “Terek” turnir cədvəlində bir pillə yüksələrək 6-cı yerdə qərarlaşıb. Komandanın 16 oyundan sonra hesabında 29 xalı var və lider “Spartak”dan 10 xal geri qalır.

Qeyd edək ki, Rusiyada əvəzedicilərdən ibarət komandaların çempionatının bombardiri Şahin Diniyevin yetirməsidir. “Moskva” ilə görüşün 5-ci dəqiqəsində hesabı açan hücumçu Zaur Sadayev vurduğu qolların 10-a çatdıraraq qolçuların yarışında liderliyə yüksəlib.
0