“Volfsburq” Obafemi Martinsi transfer edib
01.08.2009 - 12:14
“Volfsburq” Obafemi Martinsi transfer edib
Almaniya çempionu “Volfsburq” klubu hücum xəttini Obafemi Martinslə gücləndirib. Apasport.az saytının məlumatına görə, nigeriyalı futbolçu yeni klubu ilə rəsmi müqavilə imzalayıb. O. Martinsin son illər oynadığı “Nyukasl” komandası ötən mövsümün yekununa görə İngiltərə Premyer Liqasını tərk etməli olub. Aşağı liqada oynamaq istəməyən hücumçu yeni mövsümdə Çempionlar Liqasının qrup mərhələsində iştirak etməyi üstün tutub.

Qeyd edək ki, O. Martins Nigeriya milli komandasının liderlərindən sayılır.
0