Berti Foqtsun komandası “hərbçilər”i böyük hesabla yendi
01.08.2009 - 21:37
Berti Foqtsun komandası “hərbçilər”i böyük hesabla yendi
Mərkəzi Ordu İdman Klubu (MOİK) 2009/10 mövsümünə hazırlıq çərçivəsində bu gün Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirib.Klubunun mətbuat xidmətindən apasport.az saytına verilən məlumatda bildirilir ki, Zabrat qəsəbə stadionunda baş tutan oyunda “hərbçilər” 0:3 hesabı ilə uduzublar.

Hesabı ilk hissənin ortalarında Daniel Axtyamov açıb. Fasilədən sonra yığma daha iki qol vurub. Ordu klubu bir neçə əlverişli imkandan yararlana bilməyib. Matç milli komanda üçün avqustun 12-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyuna hazırlıq xarakteri daşıyırdı.

MOİK birinci diviziona hazırlığı davam etdirir.

MOİK - Azərbaycan milli komandası -0:3
Qollar: Daniel Axtyamov (2), Mahir Şükürov
MOİK: Murad Əsədov (Elçin Cəfərov), Rəşad Məmmədov, Samir Babayev, Tural Axundov, Fərid Həşimzadə (Zahid Quliyev), Emil Kitelman (Erik Obidike), Timur Dadaşov, Namiq Adilov (Şamil Səlimxanov), Rafael Qəvami (Rəhim Şiriyev), Afiq Yusifov (İqor İbadov), Amid Hüseynov (Sahib Məmmədov)
Azərbaycan milli komandası: Rauf Mehdiyev (Səlahət Ağayev), Samir Abbasov, Ernani Pereyra, Rail Məlikov, Aleksandr Çertoqanov, Sergey Sokolov (Elmar Baxşiyev), Cavid Hüseynov (Zeynal Zeynalov), Mahir Şükürov, Rahid Əmirquliyev, Araz Abdullayev (Cavid İmamverdiyev), Daniel Axtyamov
Hakimlər: Rəhim Əliyev, Eldar Nağıbəyov, Həsən Babayev
0