Ronaldo və komanda yoldaşları “Xəzər-Lənkəran”ı məğlub etdilər
01.08.2009 - 23:00
Ronaldo və komanda yoldaşları “Xəzər-Lənkəran”ı məğlub etdilər
“Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “İraklis”lə planlaşdırılan sınaq matçı baş tutmasa da, Ağasəlim Mircavadovun komandası digər Yunanıstan təmsilçisi, Salonikinin “Aris” klubu ilə üz-üzə gəlib.

Ölkəsinin ən güclü komandalarından sayılan “Aris” oyunu qələbə ilə başa vurub – 3:2. Salonikililər öncə 2:0 hesabı ilə önə çıxıblar. Bolqar legioner İvan Svetkov hesab arasındakı fərqi azaltsa da, az sonra “Xəzər-Lənkəran” qapısından daha bir top buraxıb. Ardınca Mario Souza qol vursa da, lənkəranlılar məğlubiyyətdən qurtara bilməyiblər.

Qeyd edək ki, 2001/2005-ci illərdə “Beşiktaş”da forma geyinən braziliyalı Ronaldo Guiaro hal-hazırda “Aris”in şərəfini qoruyur.
0