“Qarabağ” ilk dəfə zirvədə! - YENİLƏNİB
30.10.2009 - 16:12
“Qarabağ” Unibank Premyer Liqasının cari mövsümündə ilk dəfə liderliyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun son qalibi bu gün evdə “Xəzər-Lənkəran” üzərində qazandığı vacib qələbə (1:0) sayəsində Bakının “İnter” klubunu ən azı bir günlük zirvədən saldı. Yəni “bankirlər”ə ilk pillədəki mövqeyini qaytarmaq üçün sabah Zaqatalada yerli “Simurq”la görüşdə uduzmamaq lazımdır. “İnter”lə “Qarabağ” hələ görüşmədiyindən xallar bərabər olarsa, topların fərqi əsas götürüləcək. Bunda isə bakılılar rəqibini üstələdiyindən, yenidən turnir cədvəlinə başçılıq etmək imkanı qazanır.
“Qarabağ” “Xəzər-Lənkəran”la görüşdə uğurlu seriyanı davam etdirə bildi. Ağdamlılar 11 dəfə görüşdüyü rəqibini son dörd oyunda məğlub edib. “Qarabağ” Ağdamda 16 illik fasilədən sonra ilk qələbəsini də məhz Quzanlıda “Xəzər-Lənkəran” üzərində qazanmışdı. Maraqlıdır ki, həmin görüş də 1:0 hesabı ilə nəticələnmiş və onda da qələbə topunun müəllifi “Qarabağ”ın sonradan meydana çıxan futbolçusu olmuşdu. Fərq ondadır ki, keçən mövsüm makedoniyalı yarımmüdafiəçi Artim Şakiri, bu dəfə hücumçu Rauf Əliyev səhnəyə çıxdı. 22 yaşlı Rauf ötən tur Yevlaxın “Karvan” klubu ilə səfər görüşündə sonradan meydana çıxaraq fərqləndi. Əliyev həmin oyunda komandasını məğlubiyyətdən xilas etdi – 1:1.
Turun digər görüşləri oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək.
30 oktyabr
14:20. “Qarabağ” - “Xəzər-Lənkəran” - 1:0
QOL: Rauf Əliyev, 86
Baş hakim: Anar Salmanov
Ağdam. Quzanlı qəsəbə stadionu
31 oktyabr
14:00. “Qəbələ” – “Bakı”
Baş hakim: Rövşən Əhmədov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
18:00 “Simurq” – “İnter”
Baş hakim: Vüsal Əliyev
Zaqatala. “Simurq” stadionu
1 noyabr
14:00. “Muğan” – “Turan”
Baş hakim: Fariz Yusifov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Standard” – “Olimpik-Şüvəlan”
Baş hakim: Əfqan Həmzəyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
14:00. “Neftçi” – “Karvan”
Baş hakim: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

N | Komandalar | O | Q | H | M | T | X |
1 | Qarabağ | 9 | 6 | 2 | 1 | 8-3 | 20 |
2 | İnter | 8 | 6 | 1 | 1 | 18-8 | 19 |
3 | Simurq | 8 | 5 | 1 | 2 | 9-7 | 16 |
4 | Xəzər-Lənkəran | 8 | 4 | 2 | 2 | 10-5 | 14 |
5 | Qəbələ | 8 | 4 | 2 | 2 | 10-10 | 14 |
6 | Neftçi | 8 | 4 | 0 | 4 | 7-6 | 12 |
7 | Muğan | 8 | 3 | 2 | 3 | 5-9 | 11 |
8 | Olimpik-Şüvəlan | 8 | 2 | 3 | 3 | 10-11 | 9 |
9 | Bakı | 7 | 2 | 1 | 4 | 3-6 | 7 |
10 | Turan | 8 | 1 | 2 | 5 | 7-12 | 5 |
11 | Karvan | 8 | 1 | 2 | 5 | 10-13 | 5 |
12 | Standard | 8 | 0 | 2 | 6 | 7-14 | 2 |
0
0