“Bu, fors-major haldır, AFFA və PFL bizə şərait yaratmalıdır”
30.10.2009 - 13:18
“Klubumuzla bağlı məsələni aydınlaşdırmaq üçün AFFA-dan, PFL-dən vaxt istəyəcəyik. Biz fors-major halla üzləşmişik, baş verənlər bizim iradəmizdən asılı deyil. Fikrimcə, AFFA və PFL rəhbərliyi bunu nəzərə alaraq, bizə şərait yaratmalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında artıq fəaliyyətini dayandırmış Neftçalanın “ANŞAD-Petrol” klubunun vitse-prezidenti Vidadi Məmmədov deyib.
Azərbaycan çempionatının birinci dəstəsində mübarizə aparan Neftçala klubunun təsisçisi “ANŞAD-Petrol” şirkəti artıq ləğv olunur. Buna görə də şirkətin sponsorluq etdiyi komanda maliyyə sıxıntısı keçirir. Məmmədov bildirib ki, rayonda fəaliyyət göstərən digər şirkət “Neftçala Operatinq Kompani” komandanı himayəsinə götürə bilər. Lakin ortaya çıxan problem ondan ibarətdir ki, “Neftçala Operatinq Kompani”nin hasilatının pay bölgüsündə sosial məsələlər yoxdur.
Sponsorla bağlı məsələnin bu həftəsonunadək həll olunması gözlənilsə də, qeyri-müəyyənlik davam edir. Komandaya başqa sponsorun tapılacağını istisna etməyən vitse-prezident AFFA-ya müraciət edəcəklərini vurğulayıb: “Yəqin ki, mən AFFA-ya gedib, məsələnin mahiyyətini bir daha izah edəcəyəm. Biz müvafiq qurumlardan yenə möhlət istəyəcəyik. Komandaya tam başqa bir sponsorun tapılacağı da istisna deyil”.
Qeyd edək ki, məhz maliyyə böhranı üzündən “ANŞAD-Petrol”un ölkə çempionatında oktyabrın 24-də və 31-də keçirməli olan oyunları təxirə salınıb. Hazırda “ANŞAD-Petrol” 7 xalla yarış cədvəlində 9-cu yeri tutur.

0
0