Bakıda het-trikə imza atan hücumçu diskvalifikasiya edildi
30.10.2009 - 14:23
UEFA Nizam-İntizam Komitəsi İspaniya milli komandasının futbolçusu David Vilyanı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, vətənində “Valensiya” klubunun şərəfini qoruyan 28 yaşlı hücumçusunun Avropa Liqasının qrup mərhələsində Çexiya “Sparta”sı ilə görüşdəki hərəkəti cəzasız qalmayıb. UEFA rəqibini bilərəkdən vurduğu üçün meydandan qovulan futbolçunu 2 oyunluq diskvalifikasiya edib. O, qitə miqyaslı turnirin növbəti 2 matçında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Vilya Bakıda da futbol oynayıb. Bu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan və İspaniya milli komandaları arasında yoldaşlıq görüşündə hücumçu elə ilk hissədə 3 qol vurmaqla, 6:0 hesablı qələbənin təməlini qoymuşdu.

0
0