Valentin Xodukin: “İnter” klubunun “Simurq”u daim yenməsi təsadüfi deyil
30.10.2009 - 14:31
“Komandamızın “Simurq”la oyununu izləyəcəyəm. Bu dəfə “İnter”in baş məşqçi postunda yox, kənarda olmağım mənə pis təsir etmir. Çünki baş məşqçi daimi vəzifə deyil. Biz məşqçilər bunu çox yaxşı başa düşürük”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukin deyib.
“İnter” Unibank Premyer Liqasının növbəti turunda sabah qonaq olacağı Zaqatalanın “Simurq” klubu ilə görüşə ilk dəfə Xodukinin rəhbərliyi altında çıxmayacaq. Hərçənd, Xodukin çempionatda “Simurq”la 6 oyunun hamısında qalib gəlib, rəqibini ölkə kubokundan kənarlaşdırıb. 70 yaşlı ukraynalı mütəxəssis mövsümlərarası fasilədə baş məşqçi postunu təhvil verdiyi gürcü həmkarı Kaxaber Sxadadzedən də qələbə gözləyir: “Məsələyə obyektiv yanaşsaq, “İnter” “Simurq”dan güclüdür. Çünki komandamızın heyətində yüksək səviyyəli futbolçular, yaxşı ifaçılar çoxdur. Buna görə də “İnter”in “Simurq”u daim yenməsi təsadüfi deyil. Oyun ətrafında gəzən müxtəlif söz-söhbətlərə gəlincə, mən buna heç vaxt önəm verməmişəm. Ümumiyyətlə, belə şeylər məni maraqlandırmır”.
Xodukin üç il çalışdırdığı, hazırda vahid lider olan “İnter”i çempionluq uğrunda mübarizədə aşkar favorit sayır: “Hesab edirəm ki, “İnter” cari mövsümdə çempionluğa bir nömrəli namizədlərdəndir. Onu “Xəzər-Lənkəran”dan da güclü sayıram. “İnter”in ehtiyat oyunçular skamyası çox uzundur. Komandada bərabər səviyyəli futbolçular çoxdur. “İnter”in əsas rəqibləri kimi “Xəzər-Lənkəran”, “Simurq”, “Bakı”, “Neftçi”nı görürəm. “Bakı”nı cari mövsümdə uğursuz çıxış etsə belə, hesabdan silmirəm. Hər halda, makedoniyalı həmkarım Qyoko Hacıyevskinin güclü komandası vardı. O, yaxşı heyət qoyub getdi. Məncə, “Bakı”nın hazırkı vəziyyətdən çıxması çətin məsələ deyil. Hər halda, bu, onların daxili işidir, problemi özləri həll edə bilər. Fikrimcə, “Neftçi” də hələ öz sözünü deyəcək”.
Qeyd edək ki, Xodukin vəzifəsindən getsə də, 4 ildir çalışdığı klubda fəaliyyətini davam etdirir. Uşaq futbol məktəbinə rəhbərlik edən ukraynalı gənc nəslin yetişdirməsi ilə məşğuldur. Gürcü həmkarı ilə yolları kəsişməyən Xodukin başını aşağı salıb öz işi ilə məşğul olduğunu və indiki fəaliyyətindən razı qaldığını söyləyir.

0
0