İlin ən yaxşı futbolçusu kim olacaq?
30.10.2009 - 14:40
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2009-cu ilin ən yaxşı oyunçusu adını qazanmağa namizədlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi saytına dərc olunan siyahıda 23 futbolçu var.
Bunlar İker Kasilyas, Andreas İnyesta, Karles Puyol, Fernando Torres, David Vilya, Xavi İnyesta (hamısı İspaniya), Dieqo, Kaka, Luis Fabiano (hamısı Braziliya), Frenk Lempard, Ueyn Runi, Con Terri, Stiven Cerrard (hamısı İngiltərə), Tyerri Anri, Frank Riberi (hər ikisi Fransa), Mihael Ballak (Almaniya), Canluicci Buffon (İtaliya), Kriştianu Ronaldo (Portuqaliya), Didye Droqba (Kot D’İuvar), Maykl Essyen (Qana), Samuel Eto’O (Kamerun), Zlatan İbrahimoviç (İsveç) və Lionel Messidir (Argentina).
Bu ilin ən yaxşı qadın futbolçusu olmağa isə 10 nəfər iddiaçıdır. Qaliblərin adları milli komandaların baş məşqçilərinin və kapitanının səslərinin yekununa əsasən müəyyənləşəcək. FİFA dekabrın əvvəlində ən çox səs toplayan beş kişi və qadın futbolçunun adını elan edəcək. Ən yaxşıların adları ilə dekabrın 21-də FİFA-nın mənzil-qərargahının yerləşdiyi Sürix şəhərində açıqlanacaq.
Qeyd edək ki, ötən il FİFA-nın versiyasına görə ilin ən yaxşı futbolçusu 24 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo oldu. Həmin vaxt səsvermədə iştirak edən yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts Vilyanı 1-ci, Messini 2-ci, Ballakı 3-cü etmişdi. Fernando Torresi ən yaxşı futbolçu seçən milli komandamızın kapitanı Rəşad Sadıqov sonrakı iki yeri müvafiq olaraq Ronaldo və Messiyə vermişdi.

0
0