Qulaq dişləyən azarkeş kimdir?
30.10.2009 - 15:30
Mançester polisi bu ilin mayında İtaliyanın paytaxtı Romada “Barselona” və “Mançester Yunayted” arasında keçirilmiş Çempionlar Liqasının final matçında xuliqanlıq edən azarkeşi axtarır. Apasport.az saytının məlumatına görə, oyunun baş tutduğu Roma Olimpiya stadionunun və arenanın qarşısında “Mançester Yunayted” forması geyinmiş bir fanat qaydalara zidd hərəkət edib.
Tribunalarda qaçan, qalmaqal salan həmin azarkeş stadiondan kənarda daha xoşagəlməz hadisənin səbəbkarına çevrilib. O, arenanın qarşısında bir qadınla mübahisə etdiyi zaman 46 yaşlı bir kişi onlara yaxınlaşıb. Yad adamın onların söhbətinə müdaxiləsi “Mançester Yunayted” forması geyinmiş fanatın xoşuna gəlməyib. Nəticədə o, məsələyə müdaxilə edən kişinin qulağını dişləyib. Bütün bunlar bir nəfər tərəfindən telefonla videoya çəkilib.
Mançester polisi bu görüntüləri yayımlayaraq, qulaq dişləyən azarkeşi tanıyanlardan onlara xəbər vermələrini xahiş edib.

0
0