Sərvət Çətin “Qalatasaray”dan ayrılır
30.10.2009 - 16:22
Sərvət Çətin “Qalatasaray”dan ayrılır
Azərbaycanlı futbolçu Sərvət Çətin İngiltərə Premyer Liqasında oynaya bilər. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 10 milyon funt sterlinq müqabilində soydaşımızı qışda Londonun “Arsenal”, və ya “Totenhem” klublarına buraxmağa hazırdır.

Türkiyə milli komandasının da üzvü olan 28 yaşlı Sərvətə daha bir paytaxt təmsilçisi – “Çelsi”nin maraqlandığını nəzərə alsaq, müdafiəçi həmin vaxt İngiltərə Premyer Liqasına yollana bilərdi. “Qalatasaray”ın hollandiyalı baş məşqçisi Frank Raykaarda müdafiədə elə də razı olmadığı üçün arxa xətdə dəyişiklər haqda düşünür. Belə olan halda, Çətinin yaxşı məbləğə satılması gündəmə gəlib.

Qeyd edək ki, Sərvətlə Almaniyanın “Borussiya” (Dortmund), “Volfsburq”, həmçinin İtaliyanın “Milan” klubu da maraqlanır.