“Qarabağ” “Neftçi”yə çatdı
30.10.2009 - 16:53
“Qarabağ” “Neftçi”yə çatdı
Bu gün Unibank Premyer Liqasında olduğu kimi, əvəzedici komandalar arasında da IX tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın əvəzediciləri evdə “Xəzər-Lənkəran”ı məğlub edib – 2:1. Bununla da ağdamlılar lider “Neftçi” ilə xalları bərabərləşdirib.

Qalan iki oyunda qonaqlar meydanı qalib tərk edib. “İnter” səfərdə “Simurq”u böyük hesabla yenməklə (7:1) turnir cədvəlində 3-cü pilləni “Xəzər-Lənkəran”ın əlindən alıb. “Bakı” isə turnir cədvəlində qonşusu olan “Qəbələ”dən üstün olub – 2:0.

Çempionatda qalan üç oyun - “Neftçi” – “Karvan”, “Muğan” – “Turan” və “Standard” – “Olimpik-Şüvəlan” görüşləri sabah keçiriləcək.