Ağasəlim Mircavadov: Oyunu Allan Lalinin qolu qaçırdığı epizodda uduzduq
30.10.2009 - 16:55
Ağasəlim Mircavadov: Oyunu Allan Lalinin qolu qaçırdığı epizodda uduzduq
“Oyunu Allan Lalinin qolu qaçırdığı epizodda uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının IX turunun “Qarabağ”la səfər matçında yetirmələrinin 0:1 hesabı ilə uduzmasından üzülən mütəxəssis qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Qarabağ”ı bu qələbə münasibətilə təbrik edirəm. Onlar sonadək mübarizə aparmağın nümunəsini göstərdilər. O ki qaldı buraxdığımız qola, həmin epizodda müdafiəçilərimiz kobud səhvə yol verdi. Lakin buna görə heç kimi cəzalandırmaq fikrim yoxdur. Axı hər səhv edən oyunçunu cəzalandırsaq, komandada futbolçu qalmaz”.