Qurban Qurbanov: Belə oyunlar çempionatın yaraşığıdır
30.10.2009 - 17:05
Qurban Qurbanov: Belə oyunlar çempionatın yaraşığıdır
“Bu gün çox mobil bir komandaya qarşı oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasının IX turunun “Xəzər-Lənkəran”la Quzanlı qəsəbəsində təşkil olunan qarşılaşmadan sonra çalışdırıcı yetirmələrindən razı qalıb. Qurbanov 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında oyun haqda fikirlərini açıqlayıb: “Elə oyunun özü də çox gözəl alındı. Belə oyunlar Azərbaycan çempionatına yaraşıq gətirir. Bu cür qarşılaşmada qələbə qazandığımız üçün bütün futbolçularımıza təşəkkür edirəm. Klub rəhbərliyini və bütün “Qarabağ”sevərləri də tbrik edirəm”.