Felipe Naxçıvan təmsilçisində
30.10.2009 - 17:11
Felipe Naxçıvan təmsilçisində
Naxçıvanın “Araz” futzal klubunun ilkin heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, UEFA kubokunun elit-raundunda çıxış edəcək Azərbaycan çempionu məsul sınağa 19 oyunçu ilə hazırlaşacaq.

D qrupunda mübarizə aparacaq “Araz”ın düşərgəsinə bu futzalçılar daxil edilib: Marat Salyanski, Andrey Tveryankin, Elnur Zamanov, Rizvan Fərzəliyev, Ağatahir Əzimov, Felipe Ribeyro Dos Santos, Vitali Borisov, Lukas Serjio Luis, Tyaqo Rodriqes Paz, Elnur Qənbərov, Dos Santos Nilson Maşado, Namiq Məmmədkərimov, Natiq Məmmədkərimov, Pyotr Kapkov, Nikolay Arefyev, Fərid Atakişiyev, De Lima Karlos Eduardo, Sergey Çuykov, Oliveyra Abreu Luis Dieqo.

Qeyd edək ki, noyabrın 19-da, 20-də və 22-də Bakı İdman Sarayında keçiriləcək matçlarda naxçıvanlılar Qazaxıstanın “Kayrat”, Latviyanın “Nikars” və Yunanıstanın “Atina-90” klubları ilə mübarizə aparacaq.