“Bu, çox gözəl təşəbbüsdür, amma bizim üçün ziyandır”
31.10.2009 - 00:49
Ötən tur səfərdə “Bakı”nı 2:0 hesabı ilə məğlubiyyətə uğradan “Neftçi” yavaş-yavaş özünə gəlir. Görünür, komandadakı məşqçi dəyişikliyi öz bəhrəsini verməyə başlayır. Flaqman sabah özü üçün doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda “Karvan”nı qəbul edəcək. Gərgin oyun öncəsi flaqmanın baş məşqçisi Vaqif Sadıqov “Futbol dünyası” qəzetinə müsahibəsində komandadakı son vəziyyətlə bağlı məlumat verib.
- Komandada vəziyyət qaydasındadır. Proqrama uyğun məşqlərimizi davam etdiririk. Hazırda hansısa islahatlara əl atmağa ehtiyac görmürəm. Açığı, elə imkanımız da yoxdur. Bu barədə uşaqlarla söhbət etmişəm. Heyətdə bir sıra problemlərimiz olsa da, uşaqlar vəziyyətdən xəbərdardırlar. Gənc oyunçuları heyətə dəvət etməklə 20 nəfər futbolçu ilə fəaliyyətimizi davam etdiririk. Hər bir oyuna çox ciddi hazırlaşırıq.
- İlk oyunlarda “Qarabağ” və “Qəbələ”yə minimal hesabla məğlub oldunuz. Belə bir başlanğıc gözləyirdinizmi?
- Futboldur, hər şey ola bilər. Niyə gözləmirdim? Futbolda böyük rəqabət var. Biz liderlər qrupunda qərarlaşmış komandalara məğlub olmuşuq. Məğlubiyyətə layiq olmasaq da, qələbəyə də layiq deyildik. Hesab edirəm o oyunlarda ədalətli hesab bərabərlik idi. Görünür, vaxt məhdudiyyəti öz sözünü dedi. Mən komandanı ayın 5-də götürsəm də, 16-da bir araya gələ bildik. Oyunlar da 18-i və 21-də keçirildi. Yəni səfərə çıxmaqla yollarda vaxt keçirdik. Birlikdə normal məşq keçməyə vaxt tapa bilmədik. Ancaq get-gedə komanda qoyulan tələblərə, məşq prosesinə uyğunlaşır. Oyunda da verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. İnanıram ki, oyundan-oyuna lazım olan nəticəni əldə edəcəyik.
- İlk iki oyundakı məğlubiyyəti komandanı gec götürmək, futbolçuları yaxşı tanımamaqla əlaqələndirmək olarmı?
- Mən istəməzdim ki, özümə bəraət qazandırım. Hər oyunda qələbə qazanmaq uğrunda mübarizə aparırıq. O görüşlərdə də ancaq qələbəyə köklənmişdik. Nəticə əldə olunmadı. Görünür, rəqib bizdən daha üstün futbol nümayiş etdirdi və bizim zəif cəhətlərimizdən istifadə edərək qələbə qazana bildi.
- Son oyunda “Bakı” üzərində qələbə qazanaraq yenidən ilk “altılıq” uğrunda mübarizəyə ortaq oldunuz. Siz komandanın ilk “altılıq”a düşmək şansını necə qiymətləndirirsiniz?
- Hər bir komandanın şansı var. Tək “Neftçi”nin yox, digər komandaların da. Mübarizə sonacan davam edəcək. İndidən nəsə demək tezdir. Çünki qarşıda çox oyun var. Biz də əlimizdən gələni edəcəyik ki, minimum vəzifənin öhdəsindən gələk. Sonra strateji addımlar ataraq növbəti məqsədimizə çatmaq üçün mübarizəmizi davam etdirəcəyik.
- Komandada sizi narahat edən mövqe varmı?
- Bunu özüm üçün müəyyənləşdirmişəm. Yaranmış boşluğu ayrı-ayrı futbolçularla doldurmağa çalışırıq. Bu haqda nəsə deməyə ehtiyac görmürəm. Çünki klubun daxili işidir. Uşaqlarla söhbətimdə də demişəm ki, heyətdəki futbolçulara inanıram. Onlar da dərk edib, başa düşürlər ki, yaranmış vəziyyətdən çıxış yolunu ancaq və ancaq onlar özlərində axtarıb tapmalıdırlar. Bunu dərk edib, başa düşən kollektiv hər uğura nail ola bilər.
- Dövrələrarası fasilədə heyətdə hər hansı dəyişiklik gözlənilirmi?
- Bu barədə indidən danışmaq çox tezdir. Qarşıda bizi çətin oyunlar gözləyir. Bundan əlavə, ölkə kubokunun da oyunları var. Futbolçularıma tapşırmışam ki, qarşıdakı oyunlarda komanda üçün əllərindən gələni etsinlər. Hesab edirəm ki, əgər biz lazım olan nəticəni əldə edə bilsək, komanda yaxşı təsir bağışlasa böyük bir dəyişikliyə ehtiyac duyulmayacaq.
- AFFA ilə Almaniyanın “Bavariya” və “Hoffenheym” klubları arasında imzalanmış sazişə əsasən “Neftçi”nin iki üzvü Araz Abdullayevlə Mirhüseyn Seyidov bu komandaların düşərgəsində təlim məşq toplanışında olacaqlar. Gənc futbolçularımızın Almaniya klublarında hazırlıq keçməsinə sizin münasibətiniz necədir?
- Çox gözəl təşəbbüsdür. Baxmayaraq ki, bu, bizim üçün ziyandır. Bu Azərbaycan futbolu və uşaqların özləri üçün böyük bir təkandır. İnanıram ki, onlar orada püxtələşib, tam başqa Araz Abdullayev və Mirhüseyn Seyidov kimi qayıdacaqlar.
- Vaqif Sadıqov öz oyun üslubunu komandaya aşılaya bilibmi?
- Birincisi, oyun üslubuma uyğun futbolçulara ehtiyacım var. Eyni zamanda müəyyən qədər vaxta ehtiyac duyulur. Bu gün ən vacibi odur ki, sonacan mübarizə aparmaq, rəqibdən çəkinməmək və s. bu meyarlara üstünlük verən komanda yaradaq. İstəyirəm ki, komanda üzvləri bunu dərk edib başa düşsün. Öz dəsti-xətti olan bir “Neftçi” var. Getdikcə biz istəyən oyunu, öz dəst-xəttinə malik olan bir komandanı yaratmağa çalışacağıq.
- Təxminən nə qədər müddətə komanda tam sizin istədiyiniz futbolu nümayiş etdirə biləcək?
- Hər günü layiqincə dəyərləndirməyə çalışırıq. Ancaq bu barədə bir söz deməyim düz çıxmaz.
- Qarşıda sizi “Karvan”la çətin oyun gözləyir. “Neftçi” rəqibini özü üçün doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Bu eyni zamanda sizin “Neftçi”nin baş məşqçisi kimi evdə keçirəcəyiniz ilk oyun olacaq. “Karvan”la oyun haqda nə deyə bilərsiniz?
- Hesab edirəm ki, gərgin oyun olacaq. “Neftçi”yə qarşı bütün komandalar əlavə motivasiya ilə hazırlaşırlar və daha yaxşı mübarizə aparırlar. Biz də yaxşı dərk edirik ki, bundan sonrakı oyunlarda xal itirmək ixtiyarımız yoxdur. Meydanın hər bir qarışı uğrunda mübarizə aparacağıq. Hər xal bizim üçün çox əhəmiyyətlidir. Rəqibə hörmətlə yanaşırıq. “Karvan” “Qarabağ”dan xal alıb, “Qəbələ”ni məğlub edib. Hansı ki, biz həmin komandalara məğlub olmuşduq. Çempionatımızda da rəqabət artıb. İndi zəif rəqib yoxdur. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik.

0
0