Şahin Diniyev: Görüşün ədalətli nəticəsi heç-heçə idi
31.10.2009 - 00:03
“Terek” klubunun baş məşqçi əvəzi Şahin Diniyev Rusiya Premyer Liqasının XXVII turunda Moskvada MOİK-ə məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz “Lujniki” stadionunda 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, komandası heç də pis təsir bağışlamayıb: “İkinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. Son dəqiqələrdə qol da vura bilərdik. Fikrimcə, görüşün ədalətli nəticəsi heç-heçə idi. Hər halda, düşünürəm ki, azarkeşlər 90 dəqiqə ərzində darıxmadı və oyun maraqlı alındı”.
0
0