Fatih Terimin qızı sərxoş yaxalandı -FOTO
31.10.2009 - 12:42
Fatih Terimin qızı sərxoş yaxalandı -FOTO
Türkiyə futbol yığmasının sabiq baş məşqçisi Fatih Terimin qızı Merve içkili halda yaxalanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Merve İstanbul Beşiktaş bölgəsində ələ keçib.

Belə ki, o, həyat yoldaşı Əhməd Bara Çətinlə bir tədbirdə iştirak etdikdən sonra əyləncə mərkəzinə yollanıb. Uzun müddətli əyləncənin ardından Merve həyat yoldaşı və bir şəxslə mərkəzi tərk edib. Beşiktaşda xanım Terimin idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılıb. Alkoqol testi zamanı məlum olub ki, Merve normadan yüksək spirtli içki qəbul etdikdən sonra sükan arxasına oturub. O, alkoqollu avtomobil idarə etdiyindən 6 ay sürücülük hüququndan məhrum edilib.

Hadisə yerinə jurnalistlərin gəldiyini görən Merve və onun yanındakılar dərhal oradan uzaqlaşıblar.