“İnter” Mançinidən canını qurtardı
31.10.2009 - 13:21
İtaliyanın “İnter” klubu sabiq baş məşqçisi Roberto Mançinidən canını birdəfəlik qurtarıb. Apasport.az saytının məlumatına görə, milanlılar portuqaliyalı Joze Mourinyonun sələfi olan 45 yaşlı italyan mütəxəssislə müqaviləni rəsmən pozublar. Mançini hələ ötən ilin yayında istefa versə də, “İnter”lə əlaqəsi qalırdı. Tərəflər 2012-ci ilədək müqavilə bağladıqlarından, Milan klubunun rəhbərliyi Mançiniyə hər il böyük məbləğdə təzminat verməli olurdu. Müqavilənin vaxtından qabaq dayandırılması təklifi ilə çıxış edən “İnter” rəsmiləri bunun qarşılığında sabiq çalışdırıcısına 11 milyon avro birdəfəlik təzminat ödəyəcək.
Qeyd edək ki, Mançini 2004-08-ci illərdə “İnter”in sükanı arxasında olub. Həmin müddətdə komanda 3 dəfə ölkə çempionluğu, eyni sayda ölkə kuboku və bir ölkə Superkubokunu qazanıb. Ötən il İtaliyanın ən yaxşı məşqçisi seçilən Mançininin karyerasını vətəndən kənarda davam etdirəcəyi gözlənilir. Yayılan məlumatlara görə, o, Madridin “Real” klubunun baş məşqçi postuna əsas namizədlərdən biridir. “Kral klubu”nun rəhbərliyi ölkə kubokunda aşağı divizion təmsilçisinə rüsvayçı məğlubiyyətdən (0:4) sonra narazı qaldığı çilili çalışdırıcı Manuel Pelleqrinini yaxın vaxtda istefaya göndərə bilər.

0
0