Berti Foqtsun bəyənmədiyi futbolçuya Çin gümüşü
31.10.2009 - 13:33
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç Çin Superliqasında çıxışını mükafatla başa vurub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı serbiyalı futbolçu bu ilin əvvəlindən şərəfini qoruduğu “Çanqçun Yatay” klubunda gümüş medal qazanıb.
Çempionluq şansını son tura kimi saxlayan Subaşiçin komandası bu gün evdə “Çonqqinq Lifan”ı 3:2 hesabı ilə məğlub edib. Ancaq “Çanqçun Yatay”dan 1 xal irəlidə olan lider “Beijinq Quoan” da axırıncı turda öz meydanında qələbə qazandığından (4:0), çempion məhz bu komanda olub. Subaşiçin formasını geyindiyi klub isə “Henan Sivun”un son turda səfər məğlubiyyətindən (1:3) yararlanaraq, 2-ci pilləni rəqibin əlindən alıb və mövsümü 30 oyundan 50 xalla bitirib. Artıq “Çanqçun Yatay”la müqaviləsi başa çatmış Branimir daha Çində qalmaq istəmir və oranı tərk edəcəyini hələ xeyli əvvəldən qətiləşdirib.
Qeyd edək ki, Subaşiçdən öncə onun sabiq klubu “Neftçi”nin daha bir legioneri “Çanqçun Yatay”da mükafat qazanmışdı. Ancaq fərq medalın əyarındadır. Branimirin flaqmanda birgə çıxış etdiyi bolqar yarımmüdafiəçi Svetoslav Stefanov “Çanqçun Yatay”da 2007-ci ildə çempion olmuşdu.
Xatırladaq ki, Subaşiç son aylarda yığmamızın baş məşqçisi Berti Foqts tərəfindən yığmaya çağırılmır.

0
0