“İnter” – “Milan” derbisi azarkeşin ölümünə səbəb oldu
25.01.2010 - 12:27
“İnter” – “Milan” derbisi azarkeşin ölümünə səbəb oldu
Dünyada ən məşhur derbilərdən sayılan “İnter” – “Milan” oyunu bir azarkeşin həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının son turu çərçivəsində dünən “San-Siro” stadionunda keçirilən oyunda tribunalarda yer alan 51 yaşlı tərəfdar ürək tutmasından dünyasını dəyişib. O, özünü pis hiss edən kimi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ölən azarkeşin adı açıqlanmır. Məlum olan yalnız Çezano Maderno şəhərində yaşamasıdır. Mərhumun “İnter, yaxud “Milan”ın azarkeşinin olması da dəqiq bilinmir. Məsələ ondadır ki, onun oturduğu tribunada hər iki komandanın azarkeşləri yerləşə bilərdi. Hər halda, onun prinsipial görüşdə 0:2 hesabı ilə uduzan “Milan”ın fanatı olduğunu, sevimli komandasının acı məğlubiyyətinə dözmədiyini ehtimal etmək olar.
0