Berti Foqtsa həmyerlisindən mesaj!
04.03.2010 - 12:37
Berti Foqtsa həmyerlisindən mesaj!
“Yoldaşlıq görüşlərindəki nəticə məni maraqlandırmır. Axı biz Türkiyəyə yalnız təlim-məşq toplanışına gəlmişik və Moldova yığması ilə yoldaşlıq görüşü hazırlığın bir mərhələsi idi. Qarşımızda digər məqsədlər – Avro-2012-nin oyunlarına uğurlu hazırlaşmaq durur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-də rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork deyib.

Fevralın 23-dən Antalyada hazırlıq keçən qazaxlar Moldova yığmasına yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzub. Nəticəni ədalətli hesab edən alman mütəxəssis rəqibin heyətində daha səviyyəli futbolçuların olduğunu etirafını edib.

Ştork milli komandamızı çalışdıran həmyerlisi Berti Foqts, digər rəqiblərə də mesaj göndərib: “Biz rəqiblərimizin qarşısına ilk növbədə ciddi oyun nizam-intizamı qoya bilərik. Avro-2012-də futbolçularımızdan yüksək əzmkarlıq, oyunlara yaxşı köklənmə gözləmək lazımdır”.

Qeyd edək ki, milli komandamız Qazaxıstanla oyunlarını gələn il keçirəcək.
0