Fərid Quliyev: Yığmada ilk qolu vurduğum üçün çox şadam
04.03.2010 - 12:48
Fərid Quliyev: Yığmada ilk qolu vurduğum üçün çox şadam
“Yaranmış vəziyyətdən maksimum istifadə edib hesabı açdım. Bunun üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Fərid Quliyev deyib.

Sumqayıtın “Standard” klubunda çıxış edən 24 yaşlı hücumçu milli komandamızda qol hesabını ikinci oyunda açdı. İordaniya və Lüksemburqla yoldaşlıq görüşlərində əsas heyətdə meydana çıxan Fərid Asiyada məhsuldar ötürmə etdi, Avropada rəqib qapısına yol tapdı: “Öz üzərimdə daha çox işləyəcəyəm. Çalışacağam ki, mənə göstərilən etimadı tam doğruldum”.
0