Aslan Kərimov Rəşad Sadıqovdan şübhələnir
04.03.2010 - 13:00
Aslan Kərimov Rəşad Sadıqovdan şübhələnir
“Mən milli komandanın heyətinə 1992-ci ildə dəvət olunmuşam. Müstəqil Azərbaycanın yığmasının Rumıniyaya qarşı keçirdiyi sayca 2-ci rəsmi oyununun iştirakçısı olmuşam. Hesablamama görə, 80 matçda meydançaya çıxmışam. Bu, Azərbaycan futbolunda rekord göstəricidir. Əlbəttə, daha çox görüşdə forma geyinə bilərdim. Amma əvvəllər imkanlarımız geniş deyildi. Bir il ərzində maksimum 5 oyun keçirirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov deyib.

Artıq milli komandaya çağırılmayan Kərimovun fikrincə, indiki futbolçular daha çox oyun keçirmək imkanına malikdirlər: “Bu rekorda görə, öyünmürəm. Sadəcə, Vətən, xal qarşısında borcumuzu yerinə yetirmişik. Mənim qədər Vaqif Cavadov və ya hazırkı kapitan Rəşad Sadıqov oyun keçirə bilər. Artıq 50-ə yaxın görüşdə forma geyindiyindən, Rəşadın rekordumu yeniləmək şansı daha çoxdur. İstəyirəm ki, futbolçularımızın yığma karyeraları uzunmüddətli olsun. Hətta 100 oyun həddini keçənləri saymaqla qurtarmasın”.
0