“Xəzər-Lənkəran” rəhbərliyindən endirim
04.03.2010 - 13:42
“Xəzər-Lənkəran” rəhbərliyindən endirim
“Xəzər-Lənkəran” klubu azarkeşlər üçün endirim elan edib. Apasport.az saytının məlumatına görə, bu, komandanın ev oyunlarına mövsümlük abunə kartlarına sahib çıxmaq istəyən azarkeşlər üçün nəzərdə tutulub.

Cari mövsümün startına qədər Azərbaycanda ilk dəfə olaraq komandanın ev oyunlarına mövsümlük abunə kartlarını satışa çıxaran “Xəzər-Lənkəran” Unibank Premyer Liqasının final mərhələsi və Azərbaycan kuboku uğrunda turnirin həlledici oyunları ərəfəsində yeni kampaniyaya start verib. İndi azarkeşlər abunə kartlarını daha uyğun qiymətə əldə edə bilər.

Belə ki, “Standard kart”ın qiyməti 70-dan 35, “Gümüş kart”ın qiyməti isə 150-dən 75 manata endirilib. Göründüyü kimi, məbləğlər yarıbayarı azaldılıb. 300 manata satılan “Qızıl kart”lar isə artıq tamam realizə edilib.

“Xəzər-Lənkəran”ın qarşıdakı 10 çempionat və 1 və ya 2 (əgər komandamız ölkə kubokunun yarımfinalına vəsiqə qazanarsa) ev oyununu stadiondan izləmək və bundan ötrü “yaxşı yerə bilet tapılacaq-tapılmayacaq” həyəcanını yaşamamaq üçün abunə kartına sahib çıxmaq olar.
0