Məşhur futbolçunun nişanlısı AySel Teymurzadəyə söz atdı
04.03.2010 - 13:53
Məşhur futbolçunun nişanlısı AySel Teymurzadəyə söz atdı
Yağmur Yılmaz: Üstündə pul versələr də, onun kimi geyinməzdim

Türkiyə yığmasının və “Qalatasaray” klubunun futbolçusu Səbri Sarıoğlunun nişanlısı Yağmur Yılmaz maraqlı açıqlama ilə çıxış edib. Lent.az-ın məlumatına görə, hazırda İstanbul Universitetlərinin birində tələbə olan Yağmur “Eurovision-2009” mahnı müsabiqəsində Türkiyəni və Azərbaycanı təmsil etmiş Hadisə ilə AySel Teymurzadənin geyimlərini tənqid edib.

O, “bisorusor.com”un forumunda “Eurovision” müsabiqəsi iştirakçıları arasında ən açıq-saçıq geyimdə oxuyanların Azərbaycan və Türkiyə təmsilçiləri olduqlarını necə dəyərləndirirsiniz?” sualını belə cavablandırıb: “Geyimlərin açıq-saçıq olub-olmaması önəmli deyil. 2003-cü ildə həmin müsabiqədə Sərtab Ərənər Türkiyənin təmsil edərək, qələbə qazanarkən, hamını səs və şou sayəsində qabaqladığını bütün dünya gördü. Bu zaman hətta qonşu ölkələrin bir-birinə səs göndərmələrinin də xeyri olmadı”.

Səbrinin nişanlısı bildirib ki, Hadisə və AySelin açıq-saçıq paltarlarını heç bir halda əyninə geyməzdi: “Hətta üstündə pul versələr də, onların geydikləri şeyləri əsla geyinməzdim”.

Qeyd edək ki, Səbri Sarıoğlu və Yağmur Yılmaz 5 il öncə tanış olublar. Onların toyu apreldə olacaq.
0