Lüksemburq - Azərbaycan oyunu qalmaqala səbəb oldu
04.03.2010 - 15:38
Lüksemburq - Azərbaycan oyunu qalmaqala səbəb oldu
Milli komandamızın Lüksemburqla yoldaşlıq oyununun əks-sədası İngiltərədən gəlib. Apasport.az saytının məlumatına görə, sevimli yığmalarının Misirlə görüşünü izləyən bir qrup britaniyalı azarkeş oyunun fasiləsində qalmaqal yaradıblar.

Həmin vaxt internet vasitəsilə digər yoldaşlıq görüşlərinin nəticələrinə nəzər yetirən ingilis fanatlarını Lüksemburqdakı oyundan məlumat ala bilməmələri özündən çıxarıb. Müxtəlif onlayn saytlarında da istədiyini tapmayan çılğın britaniyalılar dünyanın 109-cu və 126-cı komandalarının necə oynamasını mütləq öyrənmək istəyib. Ancaq axtarış saytları da bu işdə onların köməyinə çatmayıb.

Böyük ehtimalla yığmamızın oyununa pul qoyan azarkeşlər hirslərini stadiondakı kresloları sındırmaqla çıxıblar. Hesabı hələ də bilməyən ingilislərin diqqətinə çatdıraq ki, millimiz Lüksemburq yığmasını səfərdə 2:1 hesabı ilə məğlub edib. Özü də bu nəticə hələ fasiləyədək qeydə alınmışdı.
0