Azərbaycan yığması DÇ-2010-nun iştirakçısı ilə yoldaşlıq görüşü keçirəcək
04.03.2010 - 16:14
Azərbaycan yığması DÇ-2010-nun iştirakçısı ilə yoldaşlıq görüşü keçirəcək
Azərbaycan milli komandası bu il Honduras yığması ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, assosiasiyanın rəhbərliyinin apardığı danışıqlar nəticəsində iyunun əvvəllərində, Avropa ölkələrinin birində millimizin şimali amerikalılarla yoldaşlıq oyunu keçirməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Honduras millisi bu il Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb və H qrupunda İspaniya, Çili və İsveçrə komandaları ilə mübarizə aparacaq.
0