Berti Foqtsla qazanılan qələbələrin özəlliyi
04.03.2010 - 16:45
Berti Foqtsla qazanılan qələbələrin özəlliyi
Berti Foqtsun Azərbaycan milli komandasında qazandığı qələbələrdə maraqlı tendensiya yaranıb. Apasport.az saytının hesablamalarına görə, alman mütəxəssis 23 aydır çalışdırdığı yığmamızda qazandığı 6 qələbənin hamısında yetirmələrindən iki qol görüb.

Bunların yarısında 2:1, yarısında isə 2:0 hesablı qələbə qeydə alınıb. Göründüyü kimi, Foqtsun komandasının qələbələrinin özəlliyi bir qolluq qələbəni sevməməyidir. 64 yaşlı çalışdırıcı üçün prioritet rəqib qapısına ən azı iki dəfə yol tapmaqdır və futbolçularımız da onun sözündən çıxmır.

Vurulan 12 qoldan 3-ü Elvin Məmmədov, 2-si Vaqif Cavadovla braziliyalı Fabio Luis Ramimin, qalanları Zeynal Zeynalov, Ruslan Abışov, Əfran İsmayılov, Fərid Quliyevin və serb Branimir Subaşiçin payına düşür.

Maraqlıdır ki, Foqts indiyədək qələbələrini səfərdə qazanıb. O, ölkəmizdə hələ də qələbə sevinci yaşamayıb. Rəqib meydanındakı nəticələrdən 5-i yoxlama, yalnız 1-i rəsmi oyunda əldə olunub. Lixtenşteyndəki uğur milli komandamızın rəsmi görüşlərdə səfərdə qazandığı ilk və hələ ki yeganə qələbəsidir.

Qeyd edək ki, milli komandamız Foqtsun rəhbərliyi alında 24 oyun keçirib. Bunlardan 6-da qələbə qazanmışıqsa, 5-i heç-heçə, 13-ü məğlubiyyətimizlə nəticələnib (topların fərqi 17-33).

Berti Foqtsun Azərbaycan milli komandasında qələbələri

2008-ci il

4 iyun. Andorra-la-Vella. Yoldaşlıq görüşü.
Andorra - Azərbaycan - 1:2 (ilk hissə - 0:2)
Qollar: Branimir Subaşiç, Fabio Luis Ramim

15 oktyabr. Manama. Yoldaşlıq görüşü.
Bəhreyn - Azərbaycan - 1:2 (1:1)
Qollar: Zeynal Zeynalov, Elvin Məmmədov

2009-cu il
10 oktyabr. Dünya çempionatının seçmə mərhələ oyunu. Vaduts.
Lixtenşteyn - Azərbaycan - 0:2 (0:0)
Qollar: Vaqif Cavadov, Elvin Məmmədov

18 noyabr. Beynəlxalq turnir. Əl-Ayn.
Azərbaycan - Çexiya - 2:0 (1:0)
Qollar: Vaqif Cavadov, Ruslan Abışov

2010-cu il
25 fevral. Əmman. Yoldaşlıq görüşü.
İordaniya – Azərbaycan – 0:2 (0:2)
Qollar: Fabio Luis Ramim, Əfran İsmayılov

3 mart. Lüksemburq. Yoldaşlıq görüşü.
Lüksemburq – Azərbaycan – 1:2 (1:2)
Qollar: Fərid Quliyev, Elvin Məmmədov
0