Azərbaycan milli komandası “Ernst Happel”də
14.05.2010 - 17:00
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsində Avstriya ilə keçirəcəyi səfər qarşılaşmasının yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu il oktyabrın 8-də baş tutacaq görüş paytaxt Vyanada keçiriləcək.
Bu barədə açıqlama verən Avstriya Futbol İttifaqının baş direktoru Alfred Lyudviq bildirib ki, Azərbaycanla oyunun ölkənin ən nüfuzlu arenalarından olan “Ernst Happel”də keçirilməsinə qərar verilib.
Əfsanəvi mütəxəssisin adını daşıyan stadion 1931-ci ildə inşa olunub. 48 min 844 tamaşaçı tutan paytaxt arenası Avstriyada ən böyük stadiondur.
Bir müddət əvvələdək yığmamızla İnsbruk və ya Zalsburqda görüşmək haqda düşünən avstriyalılar sonda paytaxta üstünlük verib. Sentyabrın 7-də Qazaxıstanla oyunu isə onlar Zalsburqda keçirəcək.
Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək matçın başlama saatı xeyli əvvəl dəqiqləşmişdi. Vyanadakı matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0
0