“İnter” çempion! “Xəzər-Lənkəran” mükafatsız qaldı - YENİLƏNİB
15.05.2010 - 18:07
Bu gün Unibank Premyer Liqasında sonuncu tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bütün futbolsevərlərin diqqəti Lənkərana yönələcək.
Lənkəran şəhər stadionunda “Xəzər-Lənkəran”la “Bakı” arasındakı oyun çempionluğun taleyinə aydınlıq gətirəcək. Cənub təmsilçisinə qızıl medalları qazanmaq üçün son ölkə çempionu üzərində qələbə qazanmaq lazımdır. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda taleyi rəqiblərinin görüşünün nəticəsindən asılı deyil və 2007-ci ildə çempionluq uğurunu təkrarlamağa çox yaxındır.
“Bakı”ya titulunu qorumaq üçün “Xəzər-Lənkəran”a qalib gəlib, turnir cədvəlində ondan irəlidə olan “İnter”lə “Qarabağ”ın xal itirməsinə ümid etməlidir.
Qeyd edək ki, avrokuboklara çıxan komandalarımızın bu “dördlük”dən ibarət olması, hələ ötən tur rəsmiləşib. I diviziona düşənlərin adları da məlumdur. “Standard”la “Karvan” son turdakı nəticələrindən asılı olmayaraq, turnir cədvəlində son pillələrdə qalacaq.
15 may
17:15. “Xəzər-Lənkəran” – “Bakı” - 0:1
QOL: Aleksandr Şoliç, 27
Baş hakim: Vüsal Əliyev.
Lənkəran. Mərkəzi stadion
Cari çempionatdakı oyunlar – 1:1, 3:0, 0:1
“Xəzər-Lənkəran”: Dmitri Kramarenko (k), Elvin Beçiri, Tomas İneman, Radomir Todorov, Ruslan Poladov, Rahid Əmirquliyev, Dieqo Souza, Mario Souza, Denis Kalinkov, İvan Svetkov, Emeka Opara.
Ehtiyat oyunçular: Sadiq Ramazanov, Tixon Şişov, Ceyhun Sultanov, Ramazan Abbasov, Nizami Hacıyev, Kristian Kabral, Devran Ayhan
“Bakı”: Marko Şarliya, Stevan Bates, Ernad Skuliç, Elvin Əliyev (k), Cəmşid Məhərrəmov, Adnan Bərəkət, Bəxtiyar Soltanov, Aleksey Savinov, Vadim Borets, Aleksandr Şoliç, Jaba
Ehtiyat oyunçular: Xalidu Sissoko, Rafael Əmirbəyov, Mahmud Qurbanov, Venio Morales, Əziz Quliyev, Saşa Yunisoğli, Alan Vanqa
Qarşılaşmanın başlamasına təxminən 30 dəqiqə qalıb. Tribunalar demək olar ki, hamısı dolub. Bu, “Xəzər-Lənkəran”ın cari mövsüm üçün ev oyununda azarkeş baxımından rekord sayılır. Satışa çıxarılan 11500 biletin hamısı satılıb.
Komandalar oyun qabağı isinmə hərəkətləri keçmək üçün meydana çıxıblar. Yerli azarkeşlər “Bakı” futbolçularını fitə basır, “Xəzər-Lənkəran”ı isə durmadan dəstəkləyirlər.
Komandalar meydana çıxır. Meydan sahibləri ağ, qonaq komanda göy-zolaqlı formadadır.
Futbolçular azarkeşlərin meydana atdığı lentləri təmizləyirlər.
Oyuna paytaxt təmsilçisi başlayır.
1. Qonaqlar Oparanın qarşısını kobudluqla aldığı üçün “Xəzər-Lənkəran” cərimə zərbəsi yerinə yetirdi. Şarliya Beçirinin zərbəsini çətinliklə dəf edir.
7. Oyunda ilk sarı vərəqə. Məhərrəmov Svetkova qarşı kobudluğa görə cəzalandırılır.
8. Mario Souza Şarliya ilə toqquşma nəticəsində hər iki futbolçu xəsarət alır. Tibbi personal meydana daxil olur.
11. Hakim Jabanı yanına çağıraraq, şifahi xəbərdarlıq edir.
13. Savinov Oparanı yıxır. Əliyev futbolçuya şifahi xəbərdarlıq edir. Todorovun yerinə yetirdiyi cərimə zərbəsi qapının üstündən keçir.
14. “Xəzər” hesabı açmaq üçün real şans qazanır. Ancaq Mario Souza yaxın məsafədən “çərçivə”yə düşə bilmədi.
18. Kalinkovun təxminən 25 metrdən qapıya vurduğu zərbə dirəyin yanından keçdi.
21. Beçirinin kobud səhvindən sonra “Bakı” hesabı aça bilərdi. Ancaq Bərəkətin zərbəsi dəqiq olmadı.
23. Hücuma atılmış Elvin Əliyev yerə yıxılıb. Oyun dayanır və meydana həkimlər çıxır.
26. Dieqo Souza həmyerlisi, braziliyalı Jabanın qarşısını kobudluqla aldığı üçün sarı vərəqə “qazanır”. Yerinə yetirilən cərimə zərbəsindən sonra nəzarətsiz qalan Soliç hesabı açır – 0:1
39. Dieqo Souzanın zərbəsi dəqiq olmadı.
41. Beçirinin uzaqdan zərbəsi qapı tirinin üstündən keçdi.
45. Hesab arta bilərdi. Künc zərbəsindən sonra Jaba real qol şansını qaçırdı.
Hakim birinci hissəyə 2 dəqiqə əlavə edir.
İkinci uzatma dəqiqəsində Şoliçin zərbəsi təhlükəli alındı.
Birinci hissə başa çatdı.
Birinci hissədən sonra liderliyi ələ keçirən “İnter” çempionluğa daha yaxındır. “Bakı” ikinci, “Qarabağ” üçüncü, “Xəzər-Lənkəran” dördüncü yerdədir. Ağdam təmsilçisi eyni xala malik cənubluları şəxsi oyunlara görə qabaqlayır.
İkinci hissə başladı.
Kalinkovun yerinə Kristian Kabral çıxdı.
İkinci hissədə maraqlı hadisə baş verir. Jaba meydana çıxmamış, baş hakim oyunun start fitini verdi.
46. Svetkovun cərimə zərbəsi təhlükəli alındı. Meydan sahibləri künc zərbəsi yerinə yetirir.
47. Əmirquliyevin uzaqdan dəqiq zərbəsini Şarliya dəf edir.
49. Skuliçin güclü zərbəsindən sonra əvvəl Kramarenko, sonra qapı dirəyi “Xəzər-Lənkəran”ı qoldan xilas edir.
52. Meydan sahibləri əlverişli imkan qazanır. Amma Mario Souzanın zərbəsi dəqiq alınmır.
53. Şarilya komandasını xilas edir. Xorvat qapıçı Oparanın “doqquzluğa” göndərdiyi topu çətinliklə zərərsizləşdirdi.
54. Cərimə meydançası qarşısında Svetkova qarşı kobudluq edilir. Şoliç hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alır.
İvan özü qazandığı cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir. Top canlı səddən qayıdır.
56. Jaba hakimin qərarına etriaz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılır.
62. “Bakı” ilk əvəzetməyə əl atır. Adnan Bərəkətin yerinə Venio Morales çıxır.
65. Kramarenko vaxtında irəli çıxmaqla, Soltanovun hesabı artırmasına imkan vermir.
66. Svetkovun uzun reydinin qarşısı kobudluqla dayandırılır. Cərimə meydançası xəttinin düz üstündən təhlükəli zərbə yerinə yetirilir. Kabralın zərbəsi canlı səddə dəyərək, qapı xəttindən çıxır.
69. Kabralın yaxın məsafədən zərbəsini Şarliya tutur.
72. Mario Souzaya qarşı daha bir kobudluq. Zərbəni yenə Beçiri yerinə yetirir. Top canlı səddə dəyərək, meydanı tərk edir.
74. Poladovu Devran Ayhan əvəzləyir. Mircavadov riskə gedərək, müdafiəçini yarımmüdafiəçi ilə əvəzləyir. Yarımmüdafiənin mərkəzində oynayan Əmirquliyev müdafiənin sağ cinahına keçir.
85. Svetkov yüz faizli qol şansını boşa verir. Onun penalti nöqtəsinin üstündən vurduğu top düz qapıçının üstünə gedir.
87. İneman sarı vərəqə alır. O, Jabaya qarşı kobud oynadı.
87. “Bakı”da oyunçu dəyişikliyi. Jabanın əvəzinə meydana Əziz Quliyev çıxır.
89. Oranın zərbəsi qapı dirəyinin yanından keçdi.
Azarkeşlər Ağasəlim Mircavadovu istefaya səsləyir.
Hakim oyunun əsas vaxtına 3 dəqiqə əlavə edir.
90+1. “Bakı”da daha bir oyunçu dəyişikliyi. Soliçin yerinə Saşa Yunisoğli çıxır.
Oyun başa çatdı.
Oyun başa çatdı. Beləliklə, “İnter” tarixində ikinci dəfə çempion adını qazandı. “Bakı” bu qələbə ilə gümüş, “Qarabağ” bürünc medala sahib çıxır. “Xəzər-Lənkəran” isə dördüncü yeri tutdu.
-----------
17:15. “Neftçi” – “Qarabağ” - 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 0:0, 0:2
17:15. “İnter” – “Qəbələ” - 4:1
QOLLAR: Petar Zlatinov, 16(p); Robertas Poşkus, 42; 47; 67 - Tomaş Stolpa, 90
Bakı. “Şəfa” stadionu
Cari çempionatdakı oyunlar – 3:2, 1:0, 1:1
16 may
17:15. “Karvan” – “Turan”
Yevlax. Şəhər stadionu
Cari çempionatda oyunlar - 1:2, 0:0, 0:2
17:15. “Olimpik-Şüvəlan” – “Muğan”
Bakı. “Şəfa” stadionu
Cari çempionatda oyunlar - 0:0, 1:0, 1:2
17:15. “Simurq” – “Standard”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 2:1, 1:1, 1:3
1 "İnter" 20 7 8 5 22-19 29
2 "Bakı" 20 7 7 6 19-15 28
3 "Qarabağ" 20 6 9 5 16-18 27
4 "Xəzər Lənkəran" 20 6 9 5 19-14 27
5 "Neftçi" 20 4 11 5 11-12 23
6 "Qəbələ" 20 4 8 8 18-27 20
7 "Olimpik-Şüvəlan" 19 9 6 4 25-15 33
8 "Simurq" 19 8 7 4 21-17 31
9 "Muğan" 19 7 6 6 17-14 27
10 "Turan" 19 6 8 5 23-21 26
11 "Standard" 19 6 4 9 22-23 22
12 "Karvan" 19 2 7 10 13-31 13

0
0