“Bakı”nın qələbəsi “Qarabağ”ın planlarını pozub
15.05.2010 - 20:07
“Bakı”nın qələbəsi “Qarabağ”ın planlarını pozub
“Bakı”nın səfərdə qalib gəlməsi xəbəri komandamızda arxayınçılıq yaratdıq. Qalib gəlsəydik, çempion da ola bilərdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Paytaxt komandası ilə oyunda qələbə qazana bilməyərək, qızıl medal şansını əldən qaçıran “Qarabağ”ın çalışdırıcısı bildirib ki, cari mövsüm maraqlı keçib: “Son turlar sübut etdi ki, bu mövsüm çox maraqlı keçdi. Futbolçularım üçün daha ağır oldu. Çünki həm milli komandada, həm Premyer Liqada, həm də kubokda mübarizə apardılar. Bugünkü oyunda komandamızın lazımi nəticəni əldə edə bilmək üçün futbolçuların psixoloji hazırlığı çatmadı”.