“Çalışacaq ki, gələn mövsüm “Neftçi”nin öz ruhunu geri qayatarq”
16.05.2010 - 00:42
“Bilirsiniz ki, bu oyun öncəsi çox söz-söhbətlər vardı. Avropa Liqasına vəsiqə qazanmaq şansımızı “Qəbələ” ilə oyunda itirdikdən sonra islahatları davam etdirəcəyimizi bildirdik. Çoxları bu addımımızı “Qarabağ”a uduzmaq üçün etdiyimizi dedi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif əsədob “Qarabağ”la oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Unibank Premyer Liqasının sonuncu turunda “Qarabağ”la oyun öncəsi yaranan söz-söhbətlər barədə fikirlərini bildirən flaqmanın çalışdırıcısı gənclərin etimadı doğrultduğunu düşünür: “Gördünüz ki, “Neftçi” öz adını qoruyub saxladı. Meydana 11 yerli futbolçu buraxmışdım. Gənclərə şans vermişdim ki, gələn mövsüm üçün bunlara ümid bəsləyə bilərik ya yox. Məncə, gənclər özlərini doğrultdular. Yolumuza davam edirik. Düzdür, bu mövsüm avrokuboklardan uzaq qaldıq, amma işdə bir xeyir var. Çünki gələn mövsümün heyətini qurmaq üçün 3 ay vaxtımız var. Bilirsiniz ki, bir aydan artıqdır nümayəndələrimiz transfer işlərinə başlayıblar. Çalışacaq ki, gələn mövsüm “Neftçi”nin öz ruhunu geri qayatarq”.

0
0