Aleksey Savinov 4 komandanı çempion sayır
16.05.2010 - 15:48
Aleksey Savinov 4 komandanı çempion sayır
“Çempionluğa şansımızın az olduğunu bilirdik. Çünki son turun əsas favoritləri “İnter”lə “Qarabağ” idi. Bununla belə, minimal da olsa, şansımız var idi və buna görə də “Xəzər-Lənkəran”la matçda yalnız qələbəyə oynayırdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun moldovalı futbolçusu Aleksey Savinov deyib.

Milli komandasının da üzvü olan təcrübəli müdafiəçi Unibank Premyer Liqasının son turunda səfərdə “Xəzər-Lənkəran”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda 90 dəqiqə meydanda olub. Rəqibin çoxsaylı hücumlarının dəf edən Savinov qələbənin əhəmiyyətini böyük olduğunu bildirib: “Biz bilirdik ki, “Xəzər-Lənkəran”ın itiriləsi heç nəyi yoxdur. Çünki çempion olmaları üçün mütləq qalib gəlmələri lazım idi və bütün qüvvə ilə hücuma atılacaqdı. Biz də ağıllı, müdafiədən oyun qurub, öz şansımızı daha çox standart vəziyyətlərdə, əks-hücumlarda axtarırdıq. Bu taktika da özünü doğrultdu və sonda da qol istəyimizə məhz bundan sona çatdıq. Adətən belə görüşlərdə hər şeyi bir qol həll edir. Qalib gəlməklə, eyni zamanda oyun ətrafında gəzən bütün şayiələri də təkzib etdik. Çoxları deyirdi ki, bizə uduzmaq sərfəlidir, guya təmiz mübarizə aparmayacağıq. Ancaq bu gün il növbədə klubun şərəfini üçün oynayırdıq və onu qoruya bildi”.

Ötən mövsüm “Bakı”nın heyətində Azərbaycan çempionu olan Savinov bu dəfə gümüş medal qazandı: “Əlbəttə, ardıcıl ikinci il çempion olmamağına görə təəssüflənirəm. Belə qələbə qazanasan, ancaq 1-ci olmayasan. Ancaq hesab edirəm ki, Azərbaycan bu mövsüm bir yox, dörd çempion oldu. Bəli, formal olaraq, “İnter” çempiondur. Ancaq 4 komandanı çempionluğa layiq sayıram. Çünki çempionluq uğrunda son tura kimi “İnter”, “Bakı”, “Qarabağ” və “Xəzər-Lənkəran” arasında gərgin mübarizə getdi. Məncə, Azərbaycanda indiyə kimi heç vaxt belə şey olmamışdı”.

Mehman SÜLEYMANOV