Avropa çempionumuz: Ev alan kimi, toyumuz olacaq
16.05.2010 - 15:31
“Valideynlərim mənim idmanla məşğul olmağıma məhdudiyyət qoymayıblar. Əksinə, çətin vaxtlarda qayğıma qalıb, bu sahəyə marağımı artırıblar. Böyük idmana gəlişim atamın tanınmış cüdoçu Zülfiyyə Hüseynova ilə görüşündən sonraya təsadüf edib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdo yığmasının üzvü Ramilə Yusubova (67 kq) deyib.
23 yaşlı idmançı yaxın gələcəkdə ailə həyatı quracağını bildirib: "Artıq nişanlıyam. Nişanlımın adı Daurdur, hərbiçi vəzifəsində çalışır. Əgər ailəsi və özü idmanla məşğul olmağıma qadağa qoysaydılar, nə mən, nə də ailəmiz buna razı olardı. Qohumluqda münasibətimiz olduqca yaxşıdır. Belə davam edəcəyinə də inanıram".
Ramilə toy üçün məişət problemlərinin həllini vacib sayıb: “Hələ ki, toyun vaxtını dəqiqləşdirməmişik. Bunun üçün ilk növbədə məişət problemlərini həll etməliyik. Ev alan kimi, toyumuzu edəcəyik. Tələsən yoxdur. İnanıram ki, qarşıda bizi yaxşı günlər gözləyir".
Qeyd edək ki, Ramilə Yusubova gənclər arasında Avropa çempionatının qalibidir.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0