Sevinclə kədərin harmoniyası
16.05.2010 - 15:19
"Oyuna yaxşı hazırlaşmışdıq. Lənkərana qələbə dalınca gəlmişdik və bunu da bacardıq". Bu sözləri apasport.az saytına açıqlamasında "Bakı" klubunun 37 yaşlı yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Qurbanov dünən vaxtilə oynadığı Lənkərana yollansa da, oynamaq imkanı qazanmayıb. Belə ki, baş məşqçi Cüneyt Biçer onu ehtiyat oyunçular skamyasında saxladı. Amma Qurbanov ümumi komandanın uğuruna görə, sevindiyini bildirib: "Düzü, vəziyyət həm yaxşıdır, həm də pis. Qələbəyə görə məmnun qalsam da, çempionluq titulumuzu qoruya bilmədiyimizə görə, məyusam. Qarşıda hələ kubokun finalı var. İnanıram ki, biz mövsümü kubokla yekunlaşdıra biləcəyik".
Qurbanov Lənkəran səfərinin ona həmişə xoş təsir bağışladığını deyib:
"Xəzər Lənkəran"ın azarkeşləri xüsusilə yaxşıdır. Oyunlar zamanı şəhərdə əsl bayram-əhval ruhiyyəsi olur. Klubun yaxşı infrastrukturu, şəraiti var. Bura rəqib qisminmdə də gəlmək maraqlıdır".
Qeyd edək ki, Mahmud Qurbanov "Xəzər Lənkaran"ın "qızıl dubl" etdiyi mövsümdə kapitan sarğısını daşıyıb.

0
0