XVIII Azərbaycan çempionatı başa çatdı
16.05.2010 - 18:26
Bu gün keçirilən üç görüşlə Unibank Premyer Liqasına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, ikinci “altılıq”da baş tutan oyunlarda məhsuldarlıq qeydə alınıb.
Yüksək liqada yerini çoxdan itirmiş “Karvan” sonuncu matçında da darmadağınla üzləşib. Yevlax təmsilçisi “Turan”la matça qapısından 4 top buraxıb. Bu qarşılaşmada Nadir Nəbiyev het-tirkə imza atıb.
“Karvan”dan fərqli, güclülər dəstəsində yerini qoruyan “Simurq” da çempionatda keçirdiyi axırıncı görüşündə böyük hesablı məğlubiyyətə uğrayıb. Zaqatala təmsilçisini növbəti mövsümdən I divizionda mübarizə aparacaq Sumqayıtın “Standard” komandası 4 qola qonaq edib. Yığmamızın da üzvü olan Fərid Quliyev het-tirk etməklə, 16 qolla cari mövsümün ən sərrast hücumçusu olub.
Günün digər matçı “Şəfa” stadionunda baş tutub. “Olimpik-Şüvəlan” Salyanın “Muğan” klubunu 2 cavabsız qolla məğlub edib.
15 may
“Xəzər-Lənkəran” – “Bakı” - 0:1
QOL: Aleksandr Şoliç, 27
Baş hakim: Vüsal Əliyev.
Lənkəran. Mərkəzi stadion
Cari çempionatdakı oyunlar – 1:1, 3:0, 0:1
“Neftçi” – “Qarabağ” - 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari çempionatdakı oyunlar – 0:1, 0:0, 0:2
“İnter” – “Qəbələ” - 4:1
QOLLAR: Petar Zlatinov, 16(p); Robertas Poşkus, 42; 47; 67 - Tomaş Stolpa, 90
Bakı. “Şəfa” stadionu
Cari çempionatdakı oyunlar – 3:2, 1:0, 1:1
16 may
“Simurq” – “Standard” – 0:4
QOLLAR: Arif İsayev, 16; Fərid Quliyev, 17, 90, 90+2
"Karvan" - "Turan" - 1:4
QOLLAR: Nicat Məmmədzadə, 65 - Nadir Nəbiyev, 2, 14, 57; Fərmayıl Əliyev, 76
“Olimpik-Şüvəlan” - “Muğan” – 2:0
QOLLAR: Tərlan Xəlilov, 5 Davit Svanidze, 65 (öz qapısına)
Beləliklə, XVIII Azərbaycan çempionatına yekun vurulub. Dünən baş tutmuş 3 oyunların yekunundan sonra “İnter” qızıl, “Bakı” gümüş, “Qarabağ” isə bürünc medallara sahib çıxıblar. “Karvan” və “Standard” isə yüksək liqada yerini itirdiyindən, I divizionda mübarizə aparmalı olacaq.
I "altılıq"
II "altılıq"
Bombardir: Fərid Quliyev (Standard) - 16

| komandalar | o | q | h | m | t | x |
1 | "İnter"" | 20 | 7 | 8 | 5 | 22-19 | 29 |
2 | "Bakı" | 20 | 7 | 7 | 6 | 19-15 | 28 |
3 | "Qarabağ" | 20 | 6 | 9 | 5 | 16-18 | 27 |
4 | Xəzər-Lənkəran" | 19 | 6 | 7 | 6 | 18-15 | 25 |
5 | "Neftçi" | 20 | 4 | 11 | 5 | 11-12 | 23 |
6 | "Qəbələ" | 20 | 4 | 8 | 8 | 18-27 | 20 |
II "altılıq"
| komandalar | o | q | h | v | t | x |
1 | "Olimpik-Şüvəlan" | 20 | 10 | 6 | 4 | 27-15 | 36 |
2 | "Simurq" | 20 | 8 | 7 | 4 | 21-21 | 31 |
3 | "Turan" | 20 | 7 | 8 | 5 | 27-22 | 29 |
4 | "Muğan" | 20 | 7 | 6 | 7 | 17-16 | 27 |
5 | "Standard" | 20 | 7 | 4 | 9 | 26-23 | 25 |
6 | "Karvan" | 20 | 2 | 7 | 11 | 14-35 | 13 |

0
0