“Fənərbaxça”: Qızıl medal əldən getdi, stadion yandırıldı!
17.05.2010 - 09:37
Türkiyə Superliqasının sonuncu turu qalmaqalla başa çatıb. Apasport.az saytının məlumatına görə, “Trabzonspor”la oyun ərəfəsində zirvədə qərarlaşan “Fənərbaxça”nın çempionluğu əldən verməsi, azarkeşlərinin qəzəbinə səbəb olub.
Fanatlar “Şükrü Saracaoğlu”da qeydə alınan 1:1 hesablı heç-heçədən sonra onların sevimlilərinin deyil “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edən “Bursaspor”un çempion olmasını həzm edə bilməyiblər. Plastik oturacaqları sındıraraq meydana atan “Fənərbaxça” tərəfdarları onları sakitləşdirməyə çalışan polisin də cavabını verib. Onlar asayiş keşikçilərini daş və plastik əşyalar “atəş”inə tutublar. Stadionun oturacaqlarını yandıranları yalnız su ilə sakitləşdirmək olub. Polislər onları brandspoytlardan sulamaqla arenadan çıxarıb. Bir neçə azarkeş dava-dalaşda xəsarət alıb.
Qeyd edək ki, Superliqanın qızıl, gümüş və bürünc mükafatlarını müvafiq olaraq, “Bursaspor”, “Fənərbaxça”, “Qalatasaray” qazanıblar.
Vüqar XEYRULLAYEV

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0