Qurban Qurbanov yerini itirə bilər
17.05.2010 - 11:32
Qurban Qurbanov yerini itirə bilər
Azərbaycan yığmasının sabiq futbolçusu Nadir Nəbiyev Premyer Liqanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu milli çempionatlar ərzində 100 və daha artıq ol vuran 10-cu futbolçu olub.

Cari mövsüm bu həddə çatan üçüncü bombardir olan Nadir Xaqani Məmmədov və Kənan Kərimovdan sonra siyahıya daxil olub. Bu “onluq”dan yalnız bu 3 oyunçu karyerasını davam etdirir ki, Nəbiyev də onlar arasında ən gəncidir.

34 yaşlılar Xaqani və Kənandan 4 yaş kiçik olan Nəbiyev həm onları, həm də digər rəqiblərini arxada qoya bilər. Hələ 30 yaşının olması, hücumçunun hətta ikinci pilləyədək irəliləməsinə səbəb ola bilər. Bunun üçün Tovuz futbol məktəbinin ən məşhur yetirməsi karyerasının sonuna kimi 25 qol vurmalıdır. Bu isə kifayət qədər mümkün görünür. Bu isə o deməkdir ki, hətta Nazim Əliyevin ən yaxın izləyiciləri olan Qurban Qurbanov, Rövşən Əhmədov və Müşfiq Hüseynovun da mövqeyi əldən gedə bilər. Onlar indiki yerlərini itirmək təhlükəsindədir.

yer

futbolçu

qol

oyun

Orta məhsuldarlıq

1

Nazim Əliyev

183

236

0,77

2

Müşfiq Hüseynov

125

305

0,40

3

Rövşən Əhmədov

116

290

0,40

4

Qurban Qurbanov

115

161

0,71

5

Samir Ələkbərov

115

170

0,67

6

Alay Bəhramov

108

243

0,44

7

Vadim Vasilyev

102

271

0,37

8

Xaqani Məmmədov

102

272

0,37

9

Kənan Kərimov

102

326

0,31

10

Nadir Nəbiyev

100

296

0,34


Vüqar XEYRULLAYEV