“Allah eləsin ki, Maklaren məni yanına aparsın”
17.05.2010 - 12:11
“Hollandiyadan qayıtdıqdan sonra məşqlərimi intensiv şəkildə davam etdirirəm. Qurban Qurbanovun rəhbərliyi altında elə dünən də məşqə çıxmışam. Məşqlər mənə topa uyğunlaşmaqda kömək edir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadov deyib.
Hollandiya çempionatı başa çatdıqdan sonra “Tvente”nin baş məşqçisi Stiv Maklaren istefa verib. O, Almaniyanın "Volfsburq" klubunun cəlbedici təklifinə "hə" deyib. Bu istefa Vaqifin Enshede təmsilçisindəki taleyinə təsir edə bilər. Amma 21 yaşlı forvard bu mənada ciddi narahatçılıq hissi keçirmədiyini bildirib: “Əlbəttə, mən Stiv Maklarenin təkidi ilə "Tvente"yə keçmişdim. İstərdim ki, müqaviləmin sonunadək Maklaren klubda qalsın və mən də onun rəhbərliyi altında çıxış edim. Amma mən Maklarenlə deyil, "Tvente" klubu ilə müqavilə bağlamışam. Baş məşqçi dəyişiklikləri mənə ciddi təsir göstərməz. Hollandiyadakı hadisələri yaxından izləsəm də, heç kimlə zəngləşmirəm. Çünki orda mənimlə bağlı hər şey qaydasındadır”.
Cavadov bildirib ki, "Tvente" onun üçün Avropada son hədd deyil: “Allah eləsin ki, Maklaren məni “Volfsburq”a aparsın (gülür). Əlbəttə, bu hələlik bir zarafatdır. Çünki mənim "Tvente" ilə müqaviləm qüvvədədir. Hər bir futbolçu kimi, mənim də arzularım böyükdür. Ən məşhur klubların formasını geyinmək arzusundayam. Odur ki, Avropada "Tvente" mənim üçün son hədd deyil. Daha güclü mühitdə rəqabət aparmaq üçün özümdə qətiyyət, qüvvə hiss edirəm".
Qeyd edək ki, "Tvente" son çempion kimi Hollandiyanı Çempionlar Liqasında təmsil edəcək. Hələlik, bu komandanın baş məşqçi postu vakantdır.

0
0