“Bakı” ilk transferlərini reallaşdırdı - FOTO
17.06.2010 - 14:58
“Bakı” ilk transferlərini reallaşdırdı - FOTO
“Xəzər-Lənkəran”la yollarını ayıran braziliyalı futbolçu Juninyo Osvaldonun karyerasını “Bakı” klubunda davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi son ölkə kubokunun qalibi olan paytaxt təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

“Bakı”nın almaniyalı baş məşqçisi Vinfred Şafer bəyəndiyi Juninyonu sərəncamında görmək istəyib. Ölkəmizə 2007-ci ilin yayında gələn Osvaldo üç il oynadığı “Xəzər-Lənkəran”da yeganə mükafatı ölkə kuboku olub.

Qeyd edək ki, “Bakı”nın digər transferi yerli futbolçu Emin Cəfərquliyevdir. Berti Foqstun vaxtilə yığmamıza debüt etdirdiyi 20 yaşlı sol cinah müdafiəçisi “Neftçi”ni digər paytaxt təmsilçisinə dəyişib. Emin ötən mövsüm “Karvan”a icarəyə verilmişdi.