“Neftçi”dən qovulan baş məşqçi Slovakiyanın ikinci divizionda
17.06.2010 - 15:10
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı çexiyalı mütəxəssis ölkəmizdən gedəndən sonra yenə aşağı divizion komandasının baş məşqçisi təyin olunub.
Buna qədər vətənində “Viktoriya”nı (Jijkov) çalışdıran Petrjela indi Slovakiyanın “Zemplin” klubunun sükanı arxasına keçib. Mixalovtsev təmsilçisi ötən mövsüm ikinci divizionda 6-cı yeri tutub.
Qeyd edək ki, 2007-ci ilin sentyabrında “Neftçi”yə keçən Petrjela 2008-ci ilin yanvarın əvvəlində qovulub.

0
0