“Rauf Mehdiyevlə bağlı 2-3 günə qərar verəcəyik”
17.06.2010 - 15:23
“Rauf Mehdiyevlə rəsmi müqavilə imzalamışıq. Onun “Neftçi”dən təklif alması bizim üçün gözlənilməz oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Bosniyalı qapıçı Edis Kurtanoviçin transferə çıxarılmasından sonra əsas qolkiper kimi heyətə cəlb edilən Mehdiyev “Muğan”ı çətin vəziyyətdə qoyub. Şirəliyevin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı yaxın 2-3 gün ərzində qərar verəcəklər: “Bu məsələni mütləq müzakirə edib, qərarımızı verəcəyik. Aydın məsələdir ki, getmək istəyən futbolçunu zorla komandada saxlamazlar. Ancaq digər tərəfdən, Mehdiyevin klubla müqaviləsi var. Biz Raufla müqavilə imzalamaqla qapıçı problemini həll etmişdik. İndi isə o getmək istəyir”.

0
0