Fariz Yusifov Avropa çempionatının oyunlarını idarə edəcək
17.06.2010 - 15:47
Fariz Yusifov Avropa çempionatının oyunlarını idarə edəcək
Azərbaycanlı FİFA hakimi Fariz Yusifov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı referi 17 yaşlılardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupu çərçivəsində sentyabrın 20-dən 27-dək keçiriləcək oyunları idarə edən hakimlərdən biri olacaq. Həmin qrupun oyunları Belarusda keçiriləcək. Qrupda meydan sahibləri ilə yanaşı, Rumıniya, Belçika və Qazaxıstan yığması çıxış edəcək.

Mənbə: affa.az