“Xəzər-Lənkəran” fransalı futbolçunu geri qaytardı
17.06.2010 - 16:14
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” baxışa çağırdığı legionerlərdən birini geri göndərib. Bu barədə apasport.az saytına komandanın rəisi Səməd Mustafayev məlumat verib. Onun sözlərinə görə, Donetskin “Şaxtyor” klubu ilə yoxlama oyununda iştirak edən fransalı futbolçu Sufi bəyənilmədiyi üçün geri qaytarılıb.
Həmin legionerdən fərqli, digər yenilərin bir daha sınaqdan keçirilməsi nəzərdə tutulub: “Bəyənmədiyimiz fransalı futbolçu “Şaxtyor”la oyunun ilk hissəsində meydanda oldu. Digər yeni legionerlərlə bağlı son qərarı iyunun 19-da Avstriyanın “Rid” klubu ilə yoxlama oyunundan sonra verəcəyik. Baxışa gələn legionerləri bir daha sınamağı məqsədəuyğun saydıq. Düzdür, artıq sabah UEFA-ya çıxış edəcəyimiz Avropa Liqası üçün iştirak ərizəmiz göndərəcəyik. Ancaq həmin turnirdə ilk oyuna qədər boş yerə yeni futbolçuların adlarını daxil etmək olar. Buna görə də “Rid”la matçdan sonra bəyəndiyimiz legionerləri sifariş edəcəyik”.
Mustafayev öz legionerlərindən çoxunun artıq düşərgədə olduğunu söyləyib: “Albaniyalı müdafiəçi Elvin Beqiri qalıb ki, o da bu gün gələcək. Nigeriyalı hücumçu Emeka Opara isə viza problemi üzündən hələ gəlib çıxmayıb. Yeni transferimiz Vurğun Hüseynov da Bakıdadır. Slovakiyalı müdafiəçi İvan Pexa isə ümumiyyətlə, gəlməyəcək. O baş məşqçinin qərarı ilə “Xəzər-Lənkəran”dan kənarlaşdırılıb”.

0
0