“Fənərbaxça”nın baş məşqçisinin adı dəqiqləşdi
17.06.2010 - 16:40
“Fənərbaxça”nın baş məşqçisinin adı dəqiqləşdi
“Fənərbaxça” klubunu növbəti mövsümdə çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komanda daxili iclasda “sarı-lacivərdlilər”in almaniyalı Kristof Daumla işbirliyinin davam etdirməsi ilə bağlı qərar qəbul olunub.

Toplantıdan sonra Daum jurnalistləri restorana toplayaraq, onların bütün suallarına aydınlıq gətirib. O, qarşıdakı günlərdə bəzi açıqlamalar verəcəyini də bildirib: “Ümid edirəm ki, son günlərdə mənim haqqımda çıxan fərziyyələr bitəcək. Burada mənim dalımca çox şayiələr danışıldı. Qarşıdakı günlərdə bəzi məsələlərin doğru olmadığını açıqlayacağam. Mənim üçün “Fənərbaxça”nın adı hər şeydən yüksəkdədir. Klubumun uğurlarına görə bunları demək məcburiyyətindəyəm. Qarşıdakı 2 ildə də İstanbulda olacağıma inanıram. Komandanın irəli getməsi üçün bütün gücümü ortaya qoyacağam”.