“Qəbələ”də yeni legionerlər
17.06.2010 - 16:51
“Qəbələ” klubu mövsümlərarası fasilədə baxışa 10-12 legioner dəvət edəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Toni Adams Braziliya, Argentina, Şotlandiya, İrlandiya və digər ölkələrdən gələcək əcnəbi futbolçuları baxışda sınayacaq.
“Qəbələ” sınanacaq gəlmələrin təxminən yarısı – 5-6-sı ilə anlaşmaq niyyətindədir. Bir neçə yerli futbolçu ilə artıq razılıq əldə edən klub rəhbərliyi onlarla münasibətləri gələn həftə rəsmiləşdirəcək. Bundan başqa “Qəbələ” futbol akademiyasının bəzi üzvlərinin də Adamsın rəhbərliyi altında oynayacağı gözlənilir.
Mənbə: extratime.az

0
0