Azərbaycanlı futbolçu: Türkiyənin 5 klubundan birinə keçəcəyəm
17.06.2010 - 23:11
"Azərbaycanda yay transfer vaxtı başlansa da, mənə hər hansı bir yerli klubdan dəvət gəlməyib. Odur ki, danışıqlara getmək olmur". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubun sabiq qapıçısı Mikayıl Yusifov deyib.
28 yaşlı qapıçının karyerasında təqribən bir ildir fasilə yaranıb. Belə ki, Mikayıl Salyanın "Muğan" klubunun heyətindən uzaqlaşdırıldıqdan sonra heç bir komandaya lazım olmayıb. Yusifov indiki vəziyyətdə təklif almamağını normal qəbul etdiyini deyib: "Mən bir ildir ki, oynamıram və diqqətdən kənarda qalmışam. Təbii ki, oynamayan futbolçuya dəvət az olur. İndiki vəziyyətdə yerli klubların mənə maraq göstərməsi qeyri-mümkündür. Amma ümidimi üzmürəm".
Azərbaycanda oynamağına özü belə inanmayan Mikayıl vaxtilə çıxış etdiyi Türkiyəyə qayıtmağa yaxındır. O, menecerlər vasitəsi ilə Bank Asiya liqasının ilk “beşliy”ində mübarizə aparan klublara təklif olunduğunu bildirib: "Kartalspor"a qayıdışım real deyil. Çünki mən oradan çıxmışam. Amma əlaqələrim olan türklərin vasitəsi ilə Bank Asiya klubları ilə danışıq aparıram. Onlar arasında ciddi səviyyə fərqi olmasa da, mənim ilk “beşlik”də olan klublardan birində oynamağım realdır. Danışıqlar davam etdiyindən ad çəkmək istəmirəm. İyulun ilk günlərinə qədər yeni klubum bəlli olacaq".

0
0