Qyoko Hacıyevski rəsmən “Simurq”un baş məşqçisi oldu
18.06.2010 - 16:41
Qyoko Hacıyevski rəsmən “Simurq”un baş məşqçisi oldu
Qyoko Hacıyevskinin Zaqatalanın “Simurq” klubunun baş məşqçi olması rəsmiləşib. Klubun prezidenti Zaur Məmmədov apasport.az saytına açıqlamasında 55 yaşlı makedoniyalı mütəxəssisin təyinatının bu gün reallaşdığını bildirib.

Onun sözlərinə görə, kluba iki ay öncə icraçı-direktor kimi dəvət edilən Hacıyevskinin baş məşqçi postuna gətirmək daha məqsədəuyğun sayılıb: “Hacıyevski ilə 1+1 şərti ilə müqavilə bağladıq. Ona təcrübəli mütəxəssis kimi inanaraq baş məşqçi postuna gətirdik. Hacıyevski ölkəmizdə çalışıb, futbolumuzu yaxşı tanıyır. Namizədliyi əvvəldən olan bu mütəxəssis üzərində dayanmağı üstün tutduq. Onun qarşısında duran əsas vəzifə klubun imicini qorumaq, iddialı komanda kimi çıxış etməkdir. Yeni həftənin ilk günündən hazırlığa başlayacağıq. Hacıyevski həmin vaxtdan komandanı formalaşdıracaq. Onun köməkçiləri azərbaycanlılar olacaq. Bunu artıq Hacıyevski müəyyənləşdirəcək”.

Qeyd edək ki, “Simurq” 4 ildir çıxış etdiyi baş məşqçisi olan Roman Pokora ilə müqaviləni uzatmadı. 2007-ci ilin sentyabrından “Bakı”nın baş məşqçisi təyin olunan Hacıyevski bu komanda ilə ölkə çempionluğu yaşadı, hətta yığmamızı çalışdırdı. O, ötən ilin payızında “Bakı”dan gedəndən sonra Kiprin birinci divizionda çalışıb. Hacıyevski “Simurq”un tarixində 4-cü baş məşqçi oldu. Buna komandanı ukraynalılar – Pokoraya qədər birinci divizionda Anatoli Pılskovetslə Viktor Pışev çalışdırıb